Stefano De Alessandri: ANSA ilə AZƏRTAC arasında imzalanan müqavilə əməkdaşlığımızda yeni mərhələ olacaq

Tokio, 20 iyul , /AJMEDIA/

ANSA-nın AZƏRTAC ilə imzaladığı tərəfdaşlıq müqaviləsi sayəsində əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyacağına ümid edirik.
AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliyanın ANSA xəbər agentliyinin icraçı direktoru Stefano De Alessandri deyib.
ANSA ilə AZƏRTAC arasında əməkdaşlığın çox uzun illərdir davam etdiyini vurğulayan Stefano De Alessandri bildirib: “Biz AZƏRTAC ilə mühüm tərəfdaşlıq müqaviləsi imzaladıq. İlk müqaviləni 2005-ci ildə imzalamışdıq, bu il isə onu yenilədik. AZƏRTAC ilə münasibətlərimiz həmişə çox yaxşı və əhəmiyyətli olub. Biz eyni beynəlxalq təşkilatda birgə fəaliyyət göstəririk, həmçinin Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüyük”.
ANSA-nın icraçı direktoru yeni müqavilənin hər iki agentlik arasında əməkdaşlığın inkişafına mühüm təkan verəcəyini vurğulayıb. “İmzaladığımız tərəfdaşlıq müqaviləsi sayəsində mövcud əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyacağına ümid edirik. Sənəddə iki agentlik arasında informasiya mübadiləsi, həmçinin Azərbaycanda baş verən hadisələri italiyalı oxucular üçün daha yaxşı işıqlandırmaq, eynilə də İtaliyadakı mühüm hadisələri Azərbaycan oxucularına çatdırmaq məsələsi əksini tapıb. Biz Azərbaycanda daha yaxşı mövqe tutmaqda maraqlıyıq və buna hazırıq. Bu razılaşmadan çox şadıq və ümid edirik ki, bu, iki xəbər agentliyi arasında böyük əməkdaşlığa doğru mühüm addım olacaq”, – deyə Stefano De Alessandri qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts