Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 90 yoluxma faktı qeydə alınıb

Tokio, 31 dekabr , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 875 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 518 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1779, bu günə qədər isə ümumilikdə 7 milyon 430 min 759 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts