Slovakiyanın neft emalı zavodunda Azərbaycan nefti emal ediləcək

Tokio, 21 mart , /AJMEDIA/

Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus “Slovnaft” neft emalı zavodu aprel ayında Azərbaycan neftinin emalına başlayacaq.

AJMEDIA bu barədə macar mediasına istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhərinin yaxınlığında Səngəçal neft terminalında Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xorvatiyaya 90 000 ton neft nəql olunub və hazırda “Adria” boru kəməri ilə “Slovnaft” neft emalı zavoduna nəql olunur.

MOL Group-un prioriteti neft satınalmalarında çevikliyin artırılmasından ibarətdir. Bununla belə MOL tam inteqrə olunmuş dəyər formalaşması zənciri yaradıb ki, bu da onun səhmdarı olduğu yataqdan hasil edilən neftdən öz neft emalı zavodunda emal edilmiş neft məhsulları sata biləcəyindən xəbər verir.

Qeyd edək ki, MOL “Azəri-Çıraq-Günəşli” blokunda səhmlərin 9,57%-nə sahibdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts