Sidney metrosunda Zəfər Günü ilə bağlı bilbordlar quraşdırılıb

Tokio, 4 Noyabr, /AJMEDIA/

Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində yerləşən “Central”, “Winyard” və “Town Hall” metro stansiyalarında 8 Noyabr – Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbərinin təşəbbüsü ilə əhalinin daha intensiv hərəkət etdiyi üç stansiyada quraşdırılmış bilbordlarda al qırmızı lalələrin fonunda Xarıbülbülün, Şuşa qalasının və Azərbaycan bayrağının təsvirləri, eləcə də “Füsunkar Azərbaycan: Kəşf olunmamışı kəşf et” çağırışı yer alıb.

Bilbordlar şəhər sakinlərinin marağına səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts