Sabah “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı keçiriləcək

Tokio, 29 aprel , /AJMEDIA/

Sabah “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı keçiriləcək.
AJMEDIA xəbər verir ki, imtahan saat 11:00-da başlayacaq və 13:30-da avtomatik bitəcək. İmtahan bir sessiyada keçirildiyindən, sessiya vaxtını hər hansı səbəbə görə dəyişdirmək mümkün deyil.
Qabiliyyət imtahanı 3 test üzrə aparılır. Abstrakt düşünmə bacarığının yoxlanılması üçün 25 sual, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üçün 25 sual, verbal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması üzrə 25 sual və 6 mətn olmaqla ümumilikdə 75 sual təqdim ediləcək. İmtahana qoşulmaq üçün istədiyiniz məkandan yalnız kompüter vasitəsilə yukselish.az saytında şəxsi kabinetə daxil ola və imtahan platformasına keçid edə bilərsiniz.
Qabiliyyət üzrə sınaq imtahanında sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt ayrılır. Həmin müddət ərzində minimal sürət həddi saniyədə 1 mb olmaqla fasiləsiz internetiniz olmalıdır. Əgər sessiyaya iş yerinizdən qatılırsınızsa, kompüterin yukselish.az saytına giriş məhdudiyyətinin və brauzerin HTTPS üzrə yönləndirmə məcburiyyətinin olmadığına əmin olun.
Sayta “Google Chrome” , “Mozilla” və “Safari” brauzerlərindən biri vasitəsilə daxil olmalısınız. İstifadə etdiyiniz brauzerin son versiya olmağını yoxlayın.
İnternet bağlantısı olan kompüterlə (notbukla) istənilən məkandan imtahana qatıla bilərsiniz. Qeyd edək ki, imtahana smartfon və planşetlər vasitəsilə daxil olmaq mümkün deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts