Səttar Möhbalıyev: Azərbaycan və Türkiyənin birliyini heç kim və heç bir qüvvə poza bilməz

Tokio, 14 yanvar, /AJMEDIA/

Azərbaycanla Türkiyəni sarsılmaz tellər bağlayır. Bu birliyi heç kim və heç bir qüvvə poza bilməz.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Türkiyənin ən böyük həmkarlar ittifaqı olan Hak-İş Birliyinin nümayəndə heyəti ilə görüşündə səsləndirib.

AHİK-in sədri Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin bütün ictimaiyyətinə, həmkarlar ittifaqlarına Vətən müharibəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.

İki ölkənin həmkarlar təşkilatları arasında əməkdaşlığın yüksək səviyyəsindən və perspektivlərindən bəhs edən Səttar Möhbalıyev birgə fəaliyyətin səmərəliliyini qeyd edib.

Bildirilib ki, Vətən müharibəsinin qazilərinin müalicəsinə yüksək səviyyədə kömək göstərilib. Türkiyə parlamenti də xalqımıza, dövlətimizə dəstəyini əsirgəməyib.

Azərbaycanın regionda yaratdığı reallıqdan danışan sədr Zəngəzur dəhlizinin Ermənistan da daxil olmaqla bütün region ölkələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Səttar Möhbalıyev Türkiyə Hak-İş Birliyinin rəhbərliyinə şəhid ailələrinə, qazilərə kömək məqsədilə göstərdikləri maddi dəstəyə görə də təşəkkürünü bildirib.

Sədr bu yaxınlarda Türkiyəyə səfər edəcəklərini və meşə yanğınları olan sahədə ağaclar əkəcəklərini diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts