Şəhid Xəyal Süleymanov və Turan Məhərrəmovun ailələri ziyarət olunub

Tokio, 25 sentyabr , /AJMEDIA/

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Süleymanov Xəyal Elxan oğlunun və Məhərrəmov Turan Tərlan oğlunun ailələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları tərəfindən ziyarət olunub.
ƏƏSMN-dən AJMEDIA-ya bildirilib ki, görüşdə Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsinin təmin olunması ailələrin diqqətinə çatdırılıb.
Həmçinin şəhidilərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, xatirlərinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Qəhrəman hərbçilərimizin ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı bildirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts