Şəhid ailələri və qazilər Tarix Muzeyində

Tokio, 21 aprel , /AJMEDIA/

“Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhid ailələri üzvlərinin və Vətən müharibəsi qazilərinin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə ziyarəti davam edir.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib.
Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin dəstəyi ilə dəvət olunmuş qonaqlar məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyini ziyarət ediblər.
Elmi işçi Sahibə Ələkbərova muzey haqqında ətraflı məlumat verib və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində muzeylərin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.
Qeyd edək ki, şəhid ailələri və qazilər üçün muzeydə təşkil edilən ekskursiyaların davamlı şəkildə olacağı nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts