Şəhid Əhliman Mehdiyevin təltif olunduğu “Rəşadət” ordeni atasına təqdim edilib

Tokio, 7 sentyabr , /AJMEDIA/

Vətən müharibəsi zamanı şəhid olan Mehdiyev Əhliman Rəhman oğlunun təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni ailəsinə təqdim edilib.
Təqdimat mərasimində şəhidin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
AJMEDIA xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Əhliman kimi qəhrəman oğulların daim qəlblərdə yaşayacağını, xatirələrinin hər zaman əziz tutulacağını bildirib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu hərb tarixində əsl qəhrəmanlıq nümayiş etdirərək gələcək nəsillər üçün nümunə və örnək oldu.
Sonra Azərbaycan Ordusunun şəhid əsgəri Əhliman Mehdiyevin ölümündən sonra təltif edildiyi “Rəşadət” ordeni atasına təqdim olunub. Şəhidimizin atası Rəhman kişi oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, həmçinin göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Əhliman Mehdiyev 2002-ci il mayın 17-də İmişli rayonunun Məzrəli kəndində anadan olub. Vətən müharibəsi zamanı onun döyüş yolu Murov dağı istiqamətindən başlayıb. Əhliman həmin ərazidə yerləşən Koroğlu yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib. Növbəti tapşırıq zamanı döyüşçü yoldaşları ilə birgə Ömər aşırımı adlanan mövqe istiqamətində hücuma keçib. İki güllə yarası alsa da, döyüşə davam edib. Lakin düşmən tərəfindən atılan artilleriya mərmisi onun yaxınlığına düşüb və Əhliman sentyabrın 28-də şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts