Səbail rayonu ərazisində yerləşən bəzi məktəblərdə Azərbaycan dili imtahanı verəcək şəxslərin nəzərinə

Tokio, 6 may , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi mayın 7-də Səbail rayonu ərazisində yerləşən məktəblərdə (51, 160, 163, 189-190, 236, 239 nömrəli) imtahan verəcək şagirdlərin və abituriyentlərin nəzərinə çatdırır ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata əsasən, “Bakı Marafonu 2023”lə əlaqədar sabah səhər saatlarından etibarən yürüşlə bağlı Səbail rayonu ərazisində bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, hərəkət məhdudlaşdırılan küçə və prospektlərə nisbətən yaxın hesab oluna biləcək məktəblərdə imtahan verən şəxslərin imtahan binasına müəyyən olunmuş vaxtda çata bilmələri üçün müvafiq halı nəzərə almaları tövsiyə edilir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iştirakçıların imtahan binasına rahat və müəyyən olunan vaxtda çata bilmələri üçün onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblər seçilib.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. İmtahan binasına buraxılış rejimi saat 10:45-də başa çatır.
Xatırladaq ki, DİM mayın 7-də respublikanın 21 şəhər və rayonunda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumtəhsil müəssisələrinin şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts