Riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya müəllimlərinin nəzərinə

Tokio, 12 iyul , /AJMEDIA/

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.
Bu barədə AJMEDIA-ya Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts