Rektor: Universitetimizin adını uca tutan hər bir məzunumuzla fəxr edirik VİDEO

Tokio, 18 dekabr, /AJMEDIA/

Son 100 ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) 160 mindən çox tələbə bitirib ki, onlar da istər təhsil, istərsə də digər sahələrdə Azərbaycanın ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər.

AJMEDIA xəbər verir ki, bunu ADPU-nun rektoru Cəfər Cəfərov universitetin 100 illik yubileyi mərasimində jurnalistlərə müsahibəsində bildirib.

Rektor qeyd edib ki, son illər cəmiyyət həyatının bütün sahələrində aparılan köklü və sistemli islahatlar təhsil sahəsində də özünü göstərib. İslahatlar, ilk növbədə, təhsilin bütün pillələrində məzmun və bazanın yenilənməsinə, yüksək intellektli, geniş dünyagörüşlü, yaradıcı təfəkkürlü, praktik səriştəli və vətənpərvər ruhlu gənclərin yetişdirilməsinə yönəlib. Sadalanan istiqamətlərin hər birində nisbətən qısa zaman kəsiyində nəzərəçarpacaq dəyişikliklər baş verib, danılması mümkün olmayan uğurlar qazanılıb.

“Biz işlədiyi sahədə fərqlənən, universitetimizin adını uca tutan hər bir məzunumuzla fəxr edirik. Fəxr edirik ki, AMEA-nın prezidenti olmuş 11 nəfərdən 3-ü, onlarla tanınmış yazıçı və şairlərimiz, görkəmli alimlərimiz və digər məşhur ziyalılarımız müxtəlif illərdə Pedaqoji Universitetin divarları arasında təhsil almışlar”, – deyə rektor bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts