Rasim Əliquliyev: Azərbaycanda süni intellekt, informasiya texnologiyaları və İKT sahəsində milli məhsullar yaradılır

Tokio, 17 dekabr , /AJMEDIA/

Çox sevindirici haldır ki, artıq Azərbaycanda süni intellekt, informasiya texnologiyaları və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində milli məhsullar yaradılır.

AJMEDIA xəbər verir ki, bunu “MilliNet 2023” mükafatlandırma mərasimində çıxışı zamanı AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev söyləyib.

Tədbirdə “İlin süni intellekt həlli” nominasiya üzrə mükafatın nəzərdə tutulduğunu da vurğulayan Rasim Əliquliyev deyib: “Azərbaycanda ilk dəfə süni intellekt məhsulu burada mükafata layiq görülür. Bizim ağıllı gənclər tərəfindən yaradılmış bu məhsullar doğurdanda sevindiricidir. Təhsil sahəsində də diqqət bu sahəyə yönəldilib. Elm də artıq üzünü süni intellekt tərəfə çevirib”.

“Azərbaycanda İKT sahəsində digər istiqamətlərdə – kibertəhlükəsizlik, provayder və proqramçıların da belə bir mükafatla təltif olunmasını təklif edirəm”, – deyə akademik vurğulayıb.

Daha sonra akademik Rasim Əliquliyev “MilliNet 2023” müsabiqəsində “İlin süni intellekt həlli” nominasiyasında qaliblərə mükafatı təqdim edib. Bu nominasiyada “Smart Demand Forecast” üçüncü yerə, “ex-smart.com” ikinci yerə, “Nexus Lab” həlli birinci yerə layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts