Radiasiya Problemləri İnstitutu beynəlxalq əməkdaşlıq fəaliyyətində mühüm uğurlar qazanıb

Tokio, 26 dekabr, /AJMEDIA/

AMEA-nın Radiasiya Problemləri İnstitutu cari ildə beynəlxalq əməkdaşlıq fəaliyyətində mühüm uğurlar qazanıb.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, alimlər BMT-nin Avropa İqtisadi Komissiyası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İsveçrə Əməkdaşlıq Təşkilatı ilə səmərəli görüşlər keçiriblər. Bundan başqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu kimi aparıcı elmi mərkəzlərlə, kanadalı, çexiyalı və türkiyəli həmkarları ilə beynəlxalq səviyyəli tədqiqatlar aparıblar. Bir neçə gənc alim Avropanın nüfuzlu elm və təhsil mərkəzlərində doktorantura təhsilini davam etdirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts