Qubada Alma bayramı keçiriləcək

Tokio, 7 sentyabr , /AJMEDIA/

Qubada yeddinci dəfə Alma bayramı keçiriləcək.
AJMEDIA xəbər verir ki, 2012-ci ildən ənənəvi olaraq keçirilən bayram tədbiri son iki ildə pandemiya səbəbindən təxirə salınıb.
Bu il Alma bayramının oktyabr ayının ikinci ongünlüyündə təşkil olunması nəzərdə tutulub.
Bayramın keçirilməsində məqsəd rayon ərazisində yetişdirilən ekoloji cəhətdən təmiz meyvələrin, kənd təsərrüfatı məhsullarının geniş kütlə qarşısında nümayiş olunması, bu məhsulların böyük bazarlarda satışının təşkili, eyni zamanda, kənd təsərrüfatı sahəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Tədbirinin keçirilməsi milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu il Qubanın alma bağlarında məhsuldarlıq yüksəkdir. Gələn həftədən kütləvi məhsul yığımına başlanacaq. Fermerlər və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün hazırlıq işlərini başa çatdırıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts