“Qodzilla Konqa qarşı” filminin davamı çəkiləcək

Tokio, 16 may , /AJMEDIA/

“Qodzilla Konqa qarşı” növbəti filminin çəkilişlərinin bu yay Avstraliyada başlanması planlaşdırılır.
AJMEDIA RİA Novosti saytına istinadla xəbər verir ki, “Downton Abbey” serialının ulduzu Dan Stivens “Qodzilla Konqa qarşı” filminin davamında əsas rola çəkiləcək.
Filmin süjet xəttinin təfərrüatları hələ açıqlanmayıb. Əvvəlki əsas filmə rejissorluq edən Adam Vinqardın yenidən rejissor kürsüsünə keçəcəyi bildirilib.
Qeyd edək ki, “Qodzilla Konqa qarşı” filminin əsas versiyası 2021-ci ildə təqdim edilib. Əsas rollarda Aleksandr Skarsqard, Millie Bobbi Braun və Rebeka Hall çəkiliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts