Qırğız Respublikasının prezidenti Azərbaycana səfərə gəlir

Tokio, 19 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində S.Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məslisin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq, işgüzar dairələr nümayəndələri ilə görüş keçirəcək. Danışıqlarda iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və sair sahələrdə iki və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Qırğız Respublikasının nümayəndə heyətinə xarici işlər naziri Ruslan Kazakbayev, Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Jeyenbek Qulubayev, kənd təsərrüfatı naziri Əsgərbek Canıbekov, rəqəmli inkişaf naziri Talantbek İmanov, nəqliyyat və rabitə naziri Erkinbek Osoyev, iqtisadiyyat naziri Daniyar Amangəldiyev daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts