Qazaxıstanlı alim Hüseyn Cavidin ev-muzeyində

Tokio, 3 aprel , /AJMEDIA/

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nəzdində fəaliyyət göstərən “Yazılı abidələr və mənəvi irs elmi-tədqiqat mərkəzi”nin elmi işçisi Omir Tuyakbayev AMEA Hüseyn Cavidin ev-muzeyində olub.

Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib. Bildirilib ki, əvvəlcə O.Tuyakbayev muzeyin ekspozisiyasını ziyarət edib. Sonra qonaq muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ilə görüşüb.

Görüşdə O.Tuyakbayev türk dünyası ölkələrində yazılı abidələrin və Turanın milli-mənəvi mirasının öyrənilməsi ilə məşğul olan elmi-tədqiqat mərkəzinin əməkdaşı kimi Turançılıq ideologiyasının banilərindən biri, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ev-muzeyini ziyarət etməkdən məmnun qaldığını bildirib. Bakıda elmi ezamiyyətdə olduğunu söyləyən alim özünün də uzun illər muzey işində çalışdığını qeyd edib. O, gələcəkdə Hüseyn Cavidin ev-muzeyi ilə müştərək elmi-tədqiqat layihələrində iştirak etmək məqsədində olduğunu deyib.

Muzeyin baş direktoru Gülbəniz Babaxanlı qonağa böyük şair Hüseyn Cavid irsinə göstərdiyi marağa görə təşəkkürünü bildirib və əməkdaşlıq üçün perspektivlər olduğunu söyləyib.

Rəhbərlik etdiyi muzeyin cari ildə Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirəcəyini diqqətə çatdıran baş direktor qazaxıstanlı alimlərin də konfransa qatılmasının gələcək əməkdaşlıq layihələri üçün yeni imkanlar aça biləcəyini deyib.

Görüşdə qonağa muzeyin nəşrlərindən bir neçəsi hədiyyə edilib.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nəzdində fəaliyyət göstərən “Yazılı abidələr və mənəvi irs elmi-tədqiqat mərkəzi”nin elmi işçisi Omir Tuyakbayev AMEA Hüseyn Cavidin ev-muzeyində olub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, əvvəlcə O.Tuyakbayev muzeyin ekspozisiyasını ziyarət edib. Sonra qonaq muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ilə görüşüb.

Görüşdə O.Tuyakbayev türk dünyası ölkələrində yazılı abidələrin və Turanın milli-mənəvi mirasının öyrənilməsi ilə məşğul olan elmi-tədqiqat mərkəzinin əməkdaşı kimi Turançılıq ideologiyasının banilərindən biri, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ev-muzeyini ziyarət etməkdən məmnun qaldığını bildirib. Bakıda elmi ezamiyyətdə olduğunu söyləyən alim özünün də uzun illər muzey işində çalışdığını qeyd edib. O, gələcəkdə Hüseyn Cavidin ev-muzeyi ilə müştərək elmi-tədqiqat layihələrində iştirak etmək məqsədində olduğunu deyib.

Muzeyin baş direktoru Gülbəniz Babaxanlı qonağa böyük şair Hüseyn Cavid irsinə göstərdiyi marağa görə təşəkkürünü bildirib və əməkdaşlıq üçün perspektivlər olduğunu söyləyib.

Rəhbərlik etdiyi muzeyin cari ildə Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirəcəyini diqqətə çatdıran baş direktor qazaxıstanlı alimlərin də konfransa qatılmasının gələcək əməkdaşlıq layihələri üçün yeni imkanlar aça biləcəyini deyib.

Görüşdə qonağa muzeyin nəşrlərindən bir neçəsi hədiyyə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts