Qarabağ və Şərqi Zəngəzur bölgəsində ən çox qar Laçına yağıb

Tokio, 24 yanvar , /AJMEDIA/

Yanvarın 23-də axşam saatlarından başlayaraq ölkə ərazisində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur bölgəsinə də qar yağıb.

Tərtərdə yerləşən Qarabağ Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, ən çox qar Laçın və Kəlbəcər rayonları ərazisinə, həmçinin Şuşa şəhərinə yağıb. Laçın rayonunun Qorçu kəndində qarın hündürlüyü 40 santimetrə çatıb. Qarın hündürlüyü Ağdam rayonunun Quzanlı qəsəbəsində 3, Bərdə şəhərində 2, Tərtər şəhərində isə 7 santimetrdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts