Qarabağ əlilliyi olan şəxslərin rəngli dünyasında

Tokio, 4 dekabr , /AJMEDIA/

Bakı Dəmiryol Vağzalında 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar rəsm sərgisi keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AJMEDIA-ya bildirilib ki, dekabrın 1-3-də baş tutan “Qarabağ rəngli dünyamızda” adlı rəsm sərgisində uşaq və gənc olmaqla 19 sağlamlıq imkanları məhdud şəxsin rəsmləri nümayiş olunub.
Sərgi ADY-nin təşkilatçılığı, eləcə də “Azərbaycana Birgə Yardım” Təşkilatı (UAFA) və “Bacarıqlı Əllər” İctimai Birliyinin birgə dəstəyi çərçivəsində baş tutub.
Ölkəmizdə bu qəbildən həssas kateqoriyaya aid şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlər ildən-ilə güclənir, genişlənir. Eləcə də onların cəmiyyətə inteqrasiyası dövlət siyasətinin beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts