Prezident İlham Əliyev: Azərbaycanın digər təşəbbüsü BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır

Tokio, 30 iyun , /AJMEDIA/

Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib.
AJMEDIA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib.
“Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdə mühüm rol oynayacaq”, – deyə dövlətimizin başçısı qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts