Paytaxt məktəbliləri 2021-2022-ci tədris ilində ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər

Tokio, 17 iyun , /AJMEDIA/

Paytaxt məktəbliləri 2021-2022-ci tədris ilində beynəlxalq arenada uğurla təmsil olunublar.
Bu barədə AJMEDIA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.
Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadasında uğurla iştirak edən Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Ramin Qasımlı bürünc medala layiq görülüb.
Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, olimpiadada Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə gümüş medala, 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə isə bürünc medalın sahibi olub.
39-cu Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medal qazanıb.
Moskvada keçirilən VI Meqapolislər Olimpiadasında 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medala layiq görülüb.
Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının təşkil etdiyi və 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı X Avropa riyaziyyat kuboku müsabiqəsində Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə III dərəcəli diploma layiq görülüb.
Meksikada təşkil olunmuş “Infomatrix” olimpiadasının dünya finalında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin şagirdi Cavid Salam Mirsalayev gümüş medal qazanmışdır. Qeyd edək ki, “Infomatrix” beynəlxalq layihə və robotexnika olimpiadasıdır. Azərbaycan məktəbliləri dəfələrlə bu olimpiadanın finalında iştirak etmiş və medallar qazanmışlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts