Özbəkistanlı qonaqlar Mərkəzi Elmi Kitabxanada olublar

Tokio, 31 yanvar , /AJMEDIA/

Özbəkistan universitetlərinin bir qrup tələbə və müəllim heyəti, media nümayəndələri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Bu barədə AJMEDIA-ya MEK-dən məlumat verilib. Bildirilib ki, MEK-in direktoru Məmməd Əliyev qonaqlara kitabxananın yaranma tarixi və fəaliyyətindən, eləcə də Özbəkistanın kitabxanaları ilə səmərəli tərəfdaşlıq əlaqələrindən danışıb.

Qonaqlar AMEA-nın 15 təsisçisinin büstlərinin yer aldığı qalereya, müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin qorunduğu Diplomatik fond və Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar.

M.Əliyev kitabxana sistemində ilk olan, şəhid, qazi və müharibə veteranları haqqında məlumatların toplandığı Qarabağ müharibəsi qəhrəmanları fondunun yaranması və fəaliyyət istiqaməti haqqında qonaqları məlumatlandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts