On beş azərbaycanlı Türkiyənin təqaüd proqramı çərçivəsində doktoranturada təhsil almaq imkanı qazanıb

Tokio, 22 Sentyabr, /AJMEDIA/

On beş azərbaycanlı 2021-2022-ci tədris ili üzrə “Türkiyə bursları” çərçivəsində qardaş ölkənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb.

Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüdə layiq görülən 15 nəfər iqtisadiyyat, tibb, kompüter elmləri, mühəndislik və təbiət elmləri ixtisas istiqamətləri üzrə Ankara, Bursa Uludağ, İstanbul, Ege, Yıldız Texniki, Qazi universitetləri və digər ali məktəblərdə təhsil alacaqlar.

Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan 2021-ci il yanvarın 16-da verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts