Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Tokio, 18 mart , /AJMEDIA/

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service –ETS) TOEFL iBT imtahanı martın 25-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
DİM-dən AJMEDIA-ya bildirilib ki, imtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in internet səhifəsindən tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts