Növbəti GRE imtahanı keçiriləcək

Tokio, 2 sentyabr , /AJMEDIA/

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı sentyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
DİM-dən AJMEDIA-ya bildiriblər ki, imtahan vermək istəyən şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.
“GRE General Test” imtahanı haqqında ətraflı məlumat DİM-in internet səhifəsində yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts