“New Straits Times” qəzeti: Fransa Senatının qətnaməsi Azərbaycan-Ermənistan sülh gündəliyinə mənfi təsir göstərir

Tokio, 21 noyabr , /AJMEDIA/

Malayziyanın nüfuzlu “New Straits Times” qəzeti Fransa senatının qəbul etdiyi qətnamənin Azərbaycan-Ermənistan sülh danışıqlarına mənfi təsir göstərməsi barədə məqalə dərc edib.
AJMEDIA xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyinin konsulu Elsevər Salmanovun müəllifi olduğu “Fransa Senatının qətnaməsi Azərbaycan-Ermənistan sülh gündəliyinə mənfi təsir göstərir” sərlövhəli məqalədə bu qətnamənin Azərbaycana qarşı böhtan, nifrət, qərəz ehtiva etməsi ilə yanaşı, Cənubi Qafqazda sülhün bərqərar olmasının əngəllənməsi mahiyyətini daşıdığı, habelə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gəlmədiyi əksini tapıb.
Məqalədə, həmçinin Ermənistanın Azərbaycana məxsus əraziləri 30 ilə yaxın bir müddətdə işğal altında saxlamasının səbəbləri barədə də məlumat verilir. Eləcə də, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hüququn tələblərinə uyğun olaraq bu işğala son qoyduğu, Fransa tərəfinin bu narahatlığının səbəblərinin aydın olmadığı bildirilir.
Yazıda, eyni zamanda, qeyd edilir ki, Ermənistan məhz bu kimi “dəstək” və “cəsarət vermə” nəticəsində regiondan və dünyadan təcrid edilib. Ermənistanın buna inanmaqda davam etməsi, qeyri-konstruktivlik nümayiş etdirərək sülh gündəliyindən uzaqlaşması daha çox bu dövlətin özünə zərər vuracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts