Neft və Qaz İnstitutu və Yaponiyanın “JOGMEC” korporasiyası birgə çöl tədqiqatları aparırlar

Tokio, 1 iyun , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu və Yaponiyanın “JOGMEC” korporasiyası arasında imzalanmış müqavilə əsasında birgə çöl tədqiqat işləri aparılır.
Bu barədə AJMEDIA-ya Neft və Qaz İnstitutundan məlumat verilib. Bildirilib ki, tədqiqat çərçivəsində Azərbaycanın bir sıra neftli-qazlı rayonlarına, o cümlədən Şamaxı-Qobustan, Aşağı Kür və Abşeron rayonlarında yerləşən süxurların yer səthinə çıxışlarının öyrənilməsi və süxur nümunələrinin toplanması məqsədilə geoloji ekspedisiyalar təşkil olunub.
Yaponiyalı qonaqların Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi ilə tanış olması üçün “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu və Neft muzeyinə ziyarətlər təşkil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts