Neft və Qaz İnstitutu ilə Qazaxıstan Universiteti arasında memorandum imzalanıb

Tokio, 29 aprel , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AJMEDIA-ya Neft və Qaz İnstitutundan məlumat verilib.
Neft və Qaz İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan ilə Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlıları və qazaxları eyni köklər, mədəniyyət, qədim ənənələr birləşdirir. Həmçinin, bu xalqları dil və din eyniliyi də yaxın edir. O, Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin, xüsusilə də neft-qaz sahəsində gücləndirilməsinin zəruriliyini qeyd edib.
Qazaxıstan Milli Təbiət Elmləri Akademiyasının həqiqi üzvü professor Gülnaz Moldabayeva təmsil etdiyi elm və təhsil müəssisəsinin neft-qaz mühəndisliyi, geologiyası və s. sahələrdə apardığı tədqiqatlar haqqında məlumat verib. Bu istiqamətlərdə birgə tədqiqatların hər iki tərəf üçün elmi və iqtisadi cəhətdən faydalı olacağını söyləyib. O, həmçinin qeyd edib ki, Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssislərinin böyük rolu olub. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizində neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsi üzrə birgə əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir.
Neft və Qaz İnstitutu və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda müəssisələrin əməkdaşlarının və professor-müəllim heyətinin, tələbə və doktorantların mübadiləsi, elmi-tədqiqat təcrübəsi, birgə təhsil proqramlarının təşkili nəzərdə tutulub. Tərəflər birgə elmi tədqiqat fəaliyyəti, akademik görüşlərin və elmi tədbirlərin təşkili, dövlət, beynəlxalq, ictimai və özəl fondlar və təşkilatlar tərəfindən elan edilən qrant üsabiqələrində birgə iştirak etməyi planlaşdırırlar. Elmi məlumatların, materialların və biliklərin mübadiləsi, birgə nəşrlərin dərc etdirilməsi, müəssisələrin eksperimental və laborator imkanlarından istifadəsinin təşkili də əsas elmi əməkdaşlıq istiqamətlərini əhatə edəcək.
Neft və Qaz İnstitutun icraçı direktoru professor Vaqif Qurbanov, elmi katib Şəlalə Hüseynova, AMEA-nın müxbir üzvləri Qalib Əfəndiyev və Qərib Cəlalov, baş mütəxəssis Mehman Yusifov da iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts