Neft-Kimya Prosesləri İnstitutu: “Perspektivli layihələr” müsabiqəsinin qalibləri seçilib

Tokio, 21 aprel , /AJMEDIA/

AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib. Bildirilib ki, elm müəssisəsinin baş direktoru akademik Vaqif Abbasov iclasda 35 yaşa qədər gənc alim və mütəxəssislər arasında institutdaxili “Perspektivli layihələr” müsabiqənin qaliblərinin seçilməsinin və ən yaxşı layihəyə pul mükafatının verilməsinin nəzərdə tutulduğunu söyləyib. Qeyd edib ki, müsabiqənin əsas məqsədi istedadlı gəncləri üzə çıxararaq həvəsləndirmək, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır. Müsabiqəyə 8 layihə təqdim olunub. Qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə layihə təqdimatçılarının iştirakı və razılığı ilə institutun Elmi şurasının üzvlərindən ibarət komissiya təsdiq olunub.
Sonra gənc alimlərin layihələrinin təqdimatı olub. Səsvermə nəticəsində 4 saylı laboratoriyanın əməkdaşları Rahim Babalı, Nigar Veysəlova və Sara Məliklinin “Zol-gel metodu ilə oksid nanokompozitlərin sintezi və onların ekoloji problemlərin həllində və katalizdə rolu” layihəsi birinci, 2 saylı laboratoriyanın əməkdaşı Fərqanə Əlizadənin “GO nanolayları ilə modifikasiya olunmuş poliamin əsaslı yeni azometin və amidlərin sintezi, in vitro bioloji və korroziya əleyhinə xassələrinin tədqiqi və molekulyar dokkinq analizləri” layihəsi ikinci yerə layiq görülüb. Əminə Alimovanın “Ali karbon turşusu və poliaminlər əsasında yeni komplekslərin sintezi və səthi-aktiv maddə kimi tədqiqi”, Afaq İmanova və Leyla Abbasovanın “İşğaldan azad olunmuş ərazilərdə məhv olmuş meşələr əsasında karbohidrogen qazları və maye yanacaqların alınması” layihələri isə üçüncü və dördüncü yerləri qazanıblar.
İclasın sonunda Vaqif Abbasov layihələr haqqında fikirlərini bölüşüb, uğur qazanan iştirakçıları təbrik edib. O, həmçinin gələcəkdə bu cür müsabiqələrin davamlı olacağını və gənclərin elmin inkişafına daha çox şərait yaradılacağını vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts