Nazir müavini: Alimlərimiz dünya elminin müasir çağırışlarını nəzərə almalıdırlar

Tokio, 21 yanvar , /AJMEDIA/

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) qarşısında mühüm vəzifələr dayanıb.
AJMEDIA xəbər verir ki, bunu FRTEB-nin illik hesabat iclasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Dünyanın gələcək inkişafının texnika elmləri sahəsinin tərəqqisi və süni intellektlə sıx bağlı olduğunu söyləyən nazir müavini bildirib ki, Azərbaycan artıq VI sənaye inqilabına hazır olmalıdır. Alimlərimiz dünya elminin müasir çağırışlarını nəzərə almalı, ölkəyə və cəmiyyətə fayda gətirə biləcək multidisiplinar tədqiqatlarla məşğul olmalıdır. F.Qurbanov, həmçinin Prezident İlham Əliyevin 2022-ci il 28 iyul tarixli müvafiq Fərmanının elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması məqsədini daşıdığını, elm və təhsilin inteqrasiyası üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts