Nazir Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb

Tokio, 20 mart , /AJMEDIA/

Martın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun martın 21-də Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts