Muzeydə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus sənədlər qorunur

Tokio, 2 sentyabr, /AJMEDIA/

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus əşyalar, sənədlər, fotoşəkillər qorunur, onun həyat və fəaliyyətinə dair əsərlər çap olunur.

Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib. Qeyd olunub ki, sentyabrın 1-i Hacı Zeynalabdin Tağıyevin anım günü olduğu üçün hər il muzeydə “Açıq qapı” günü keçirilir və ziyarətçilər üçün giriş ödənişsizdir. Bu il “Açıq qapı” günü COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunur.

Vaxtilə Hacı Zeynalabdin Tağıyevin yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 2007-ci ildən etibarən böyük mesenatın xatirə-muzeyi fəaliyyət göstərir. Muzey ölkəmizdə Hacı Zeynalabdin Tağıyev irsini araşdıran və onu təbliğ edən əsas elmi və mədəni mərkəzdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts