Musiqili Teatrda “Ər və Arvad” tamaşası yenidən səhnədə

Tokio, 23 sentyabr , /AJMEDIA/

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri, Şərqin ilk operettası – “Ər və arvad” musiqili komediyası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu vaxtdan (1910) indiyə qədər repertuardan düşməyən və teatrsevərlər tərəfindən sevilən bu səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyorlar Gülcahan Salamova, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları çıxış edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts