Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

Tokio, 4 may , /AJMEDIA/

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.
Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, uğur qazananların sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts