Müəllimlərin işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsinə başlanılır

Tokio, 13 iyul , /AJMEDIA/

İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, namizədlər şəxsi səhifələrində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts