Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri sentyabr 7-8-də keçiriləcək

Tokio, 5 sentyabr , /AJMEDIA/

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr sentyabrın 7-8-də “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq.
Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts