Milli Kulinariya Mərkəzi media üçün təlimlər keçirəcək

Tokio, 6 iyun , /AJMEDIA/

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi media üçün təlimlər keçirəcək.
AJMEDIA xəbər verir ki, tədris Azərbaycan və ingilis dillərində aparılacaq.
Təlimi Azərbaycan Milli Kulinariya Mərkəzinin yüksəkixtisaslı peşəkar kadrları aparacaq. Təlimlər Milli Kulinariya Mərkəzinin nəzdində təşkil olunacaq və sırf maarifçilik xarakteri daşıyır. Xüsusən seçilən jurnalistlərə sertifikatlar təmin ediləcək və onlar peşəkar kulinarları xarici ölkələrdə müşayiət edəcək.
Məqsəd milli irs, milli-mənəvi dəyərlər zəmində kulinariya elminin əsaslarını jurnalistlər vasitəsilə ictimaiyyətə çatdırmaqdır.
Bu sahə ilə maraqlanan jurnalistlər [email protected] e-mailı vasitəsilə mərkəzə müraciət edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts