Milli Kitabxanada “Zəfərimizin təntənəsi 2022-ci il Şuşa İlidir” adlı elektron metodik vəsait hazırlanıb

Tokio, 21 aprel , /AJMEDIA/

Milli Kitabxanada “Zəfərimizin təntənəsi 2022-ci il Şuşa İlidir” adlı elektron metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, elektron metodik vəsait 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Təqdim olunan metodik vəsaitdə 2022-ci ilin “Şuşa İl” elan edilməsi və Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti öz əksini tapıb. Bundan əlavə vəsaitdə Şuşanın tarixi haqqında məlumat və Şuşa ili ilə bağlı kitabxanalarda həyata keçiriləcək tədbirlərdən də bəhs olunub.
Elektron metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/zeferimizin-tentenesi.pdf linkindən istifadə edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts