Meymun çiçəyi hava-damcı yolu ilə keçmir

Tokio, 22 iyun , /AJMEDIA/

Hazırda dünyanın 31 ölkəsində meymun çiçəyinə təqribən 1360 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
AJMEDIA Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzlərin (CDC) məlumatına istinadla xəbər verir ki, Avropadan ilkin məlumatlar yalnız mayın ortalarında daxil olmağa başlamışdı. Bu da xəstəliyin sürətlə yayılmasını göstərir. Hazırda ABŞ-da azı 45 yoluxma halı qeydə alınıb.
CDC tərəfindən keçirilən telebrifinqdə mərkəzin rəhbəri doktor Roşel Valenski ABŞ-da cari vəziyyəti izah edərək vurğulayıb ki, meymun çiçəyi COVID-19-la müqayisədə daha az yoluxma qabiliyyətinə malikdir və sıx təmas zamanı yayılır. Valenski deyib: “Meymun çiçəyi bu xəstəliyə yoluxmuş insanın bədənindəki maye və ya xoralarla birbaşa əlaqə zamanı və ya həmin maye və ya xoraların toxunduğu materiallarla birbaşa təmas zamanı yayılır”. Valenski izah edib ki, virus insanların yaxın fiziki ünsiyyəti zamanı, ərzaq mağazasında və digər ictimai yerlərdə eyni bir əşyaya, məsələn qapı dəstəsinə toxunanda yayılmır. O bildirib ki, meymun çiçəyi hava-damcı yolu ilə deyil, birbaşa fiziki təmas zamanı yayılır.
Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzlər bu epidemiyanın baş verəcəyi hal üçün fəaliyyət planını artıq təsdiqləyiblər. Buraya infeksiyanın qarşısını almaqdan ötrü əlaqələrin izlənilməsi, testləşdirilmə və vaksinlərin vaxtında əlçatan olması daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts