Memarlıq üzrə qabiliyyət imtahanları avqustun 4-5-də keçiriləcək

Tokio, 13 iyul , /AJMEDIA/

Dövlət İmtahan Mərkəzi (DİM) iyul-avqust ayları ərzində keçiriləcək xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə təqvimi təqdim edib.
DİM-dən AJMEDIA-ya bildirilib ki, memarlıq üzrə ali təhsil müəssisələrinə qabiliyyət imtahanları avqustun 4-5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil ediləcək.
Qeyd edək ki, apellyasiya komissiyaları imtahandan sonrakı iş günündə imtahan keçirilən binada təşkil edilir. İstiqamətlər üzrə yalnız DİM-in saytındakı cədvəldə və binalarda vurulmuş elanda göstərilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.
Qabiliyyət imtahanlarının tarixi və yeri imtahana buraxılış vərəqəsində göstərilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts