Məktəblilərimiz beynəlxalq olimpiadada uğurlu nəticə əldə ediblər

Tokio, 5 sentyabr , /AJMEDIA/

Rumıniyada Yeniyetmələrin Balkan İnformatika Olimpiadasında (JBOİ 2022) ilk dəfə çıxış edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yarışda Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev qızıl medal, “Ankara məktəbi” məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Əli Əliyev isə bürünc medal qazanıb. Həmçinin Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev və nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Şahin Ələkbərli chəvəsləndirici mükafata layiq görülüblər.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell”in Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 10 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts