Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanlarının nəticələri açıqlanıb

Tokio, 2 sentyabr , /AJMEDIA/

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, avqustun 29-da 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 namizəd dəvət edilib. Onlardan 4539-u test imtahanında iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts