Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə qəbul üzrə müsabiqənin sənəd qəbulu mərhələsi başlayır

Tokio, 29 iyul , /AJMEDIA/

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AJMEDIA-ya bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyulun 31-dən avqustun 7-dək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun 31-i saat 11:00-dan avqustun 7-si saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq

Follow us on social

Facebook Twitter Youtube

Related Posts