Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb

Tokio, 7 iyul , /AJMEDIA/

2022-2023-cü tədris ili üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nəticələrlə şagirdlərin elektron yerdəyişmə portalında “Şəxsi kabinet” vasitəsilə tanış olmaq mümkündür.
Valideynlər iyulun 15-dək şagirdlərin qəbul olduğu lisey yaxud gimnaziyanı “Şəxsi kabinet”də videotəlimatda qeyd olunduğu kimi təsdiqləməlidir. Uğurlu qazanmış şagirdlərin nəticələri qeyd olunan tarixədək valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək. Lisey, yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.
Qeyd edək ki, 10 min 499 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts