Lisey və gimnaziyalara qəbul davam edir

Tokio, 16 may , /AJMEDIA/

2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu davam edir.
Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçirilir. Ərizə qəbulu prosesi iyunun 6-dək davam edəcək.
Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar.
İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək.
Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıda qeyd olunan tarixlərdə aparılacaq:
• 16 iyunda – VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);
• 17 iyunda – VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);
• 18 iyunda – V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı ilə nazirliyin saytından əldə etmək olar.
Lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts