Laçın-Xankəndi yolundakı ekoaksiyada 452 nəfər BDU könüllüsü iştirak edir

Tokio, 9 fevral , /AJMEDIA/

Laçın-Xankəndi yolundakı ekoaksiyada 452 nəfər BDU könüllüsü fəal iştirak edir.
Bu barədə AJMEDIA-ya Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, “BDU könüllüləri” təşkilatının üzvləri Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılması tələbi ilə Laçın-Xankəndi yolunda keçirilən ekoaksiyada xüsusi fəallıq göstərirlər. Onlar aksiyanın ilk günlərindən milli haqlarımız uğrunda mübarizə aparırlar.
Ötən ilin dekabrından başlayan aksiyada gənclər soyuq, qar demədən dinc yolla milli iradəmizi göstərir, Azərbaycanın haqq səsini dünyaya çatdırırlar. Azərbaycan gəncləri əzm və qətiyyət, birlik nümayiş etdirərək aksiyanı davam etdirirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts