Kyodo agentliyi: ABŞ “CV-22 Osprey” konvertoplanlarının istismarını dayandırır

Tokio, 18 avqust , /AJMEDIA/

ABŞ silahlı qüvvələri dünyanın müxtəlif ölkələrində yerləşdirdiyi “CV-22 Osprey” konvertoplanlarının istismarını təhlükəsizliyin təmin olunması məqsədilə dayandırır.
AJMEDIA xəbər verir ki, bu barədə avqustun 18-də Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, bu barədə qərar həmin seriyadan olan konvertoplanlarla baş verən hadisələr səbəbindən qəbul edilib. Qeyd edilir ki, həmin qərar Yaponiya ərazisində yerləşdirilmiş uçuş aparatlarına da şamil olunacaq.
Xatırladaq ki, ABŞ silahlı qüvvələri 2018-ci ilin oktyabrında özünün helikopter kimi havaya qalxan və təyyarə kimi hərəkət edən 5 ədəd “Osprey” konvertoplanını Tokio prefekturasına daxil olan Yokota hərbi-hava qüvvələri bazasında yerləşdirib. 2024-cü ilədək bu bazadakı aparatların sayının 10-na çatdırılması nəzərdə tutulurdu. Buna qədər isə 24 belə aparat Yaponiyanın cənubunda yerləşən Okinava adasına yerləşdirilmişdi və burada ABŞ dəniz piyadaları tərəfindən istifadə edilirdi. Yaponiya özünümüdafiə qüvvələrinin də ABŞ-dan 17 belə uçuş aparatı aldığı qeyd edilir.
Əlavə olunur ki, “Osprey” konvertoplanlarının istismara daxil edilməsindən sonra bu aparatlarla əlaqədar çoxsaylı hadisələr qeydə alınıb. Belə ki, iki belə aparat 2012-ci ildə Floridada və Mərakeşdə qəzaya uğrayıb. 2016-cı ildə İran körfəzində baş verən qəzada isə bir dəniz piyadası həlak olub. Bundan əlavə 2017-ci ilin avqustunda Avstraliyanın şərq sahillərində növbəti qəza qeydə alınıb. Yaponiya ərazisində də “Osprey” konvertoplanları ilə bağlı çoxsaylı kiçik qəza baş verib və bu yerli əhali tərəfindən narazılıqla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts