Kolleclərə qəbul üçün 17 minə yaxın abituriyent ərizəsini təsdiqlədib

Tokio, 10 aprel , /AJMEDIA/

Ümumi (9 illik) orta təhsil bazasında 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclər) tələbə qəbul davam edir.
AJMEDIA Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 18:10-a olan məlumata görə, 16 min 739 (Azərbaycan bölməsi -16 min 249; rus bölməsi – 490) abituriyent ərizəsini təsdiq edib.
Ərizə qəbulu aprelin 24-dək internet vasitəsilə aparılır. Abituriyentlər DİM-in ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq səhifəyə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.
Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts