Kitabxanaya “Torpaq və sevgilisi” adlı hekayə təqdim edildi

Tokio, 23 mart , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Yaradıcı oxucularımız” layihəsinə şair və yazıçılar əsərlərini göndərməyə davam edirlər.
AJMEDIA xəbər verir ki, kitabxananın Fəxri oxucusu, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin sədri, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin Mətbuat Orqanı “Yazıçı Qadınlar Jurnalı”nın baş redaktoru, AYB-nin və AJB-nin üzvü, yazıçı Nüşabə Məmmədli kitabxanaya “Torpaq və sevgilisi” adlı hekayəsini təqdim etdi.
Hekayədə Torpağın həsrətlə sevgilisini gözləməsi, sədaqəti və səbri bədii təsvirlərlə ifadə olunur.

Torpaq və sevgilisi
Ağappaq qar xeyli vaxt idi buzlaşıb yapışmışdı torpağın qapısına.
Məngənə kimi sıxırdı onu hər tərəfdən. Torpaq nə qədər cəhd etsə də, kiçik bir işıq gələn yer tapıb ətrafa baxa bilmirdi. Əslində arayıb, axtardığı sevgilisi idi. Onu Qış-sərt Qış ildə bir dəfə qovub Torpaqdan qoparırdı. Torpağın sevgilisinə olan sədaqəti, vurğunluğu, eşqi qısqanclıqdan Qışın bağrını parçalayır buz kimi dondurur, çökürdü onun sinəsinə, ayırırdı onu sevgilisindən. Torpaq bir az huşa gedir, çox götür-qoy edir, mübarizənin əbəs olduğunu görüb, çıxış yolu axtarırdı.
Nə etsin ki, sevgilisinə olan sədaqətini pozmasın!…Qışa sevgisindən bac verməsin… Sevgilisinə olan həsrətdən, xiffətdən huşa getməkdən, düşünməkdən yorulub onu röyasında görmək ümidi ilə dərin yuxuya gedir. Həqiqətən də ümidi boşa getmir. Hər gün sevgilisini yuxuda görür. Gördüyü röyalar Torpağın bütün vücuduna sirayət edir, onu Qışın sərt soyuğundan qoruyur və bütün çətinliklərə baxmayaraq, səbirlə sirdaşının yolunu gözləyir. Hər an inanır ki, onun gələcəyi gün yaxındadır.
Bir gün yatmaqdan yorulan Torpaq yarı mürgülü gələn tıqqıltı səsinə gözünü açır. Hər tərəfi nəmlənib sular selə qarışıb, sevgilisinin ilıq ruzigar nəfəsi fit çala-çala üzərində cövlan edir. Onu yuxudan tam oyatmaq üçün, üzərində nə varsa rəqsə dəvət edir. Gözlərinə inanmayan Torpaq yenidən uyumaq istəyir. Bu dəfə güclü və tədbirli sevgilisi Torpağın qapısını da bərk döyür-onun üzərində hər tərəfdə ocaq qaladır. Elə bir ocaq ki, alovların dilləri göylərə baş vurur…Torpağın köksünə bir ilıq nəfəs çökür, köksünün qapılarını taybatay açır. Sevincdən parçalanıb ocaq üstə qovrulan qovurğalar kimi çırtım-çırtım çırtlanır. Tam yuxudan oyanıb, dik qalxır.
Gələn sevgilisi Bahardır! Qucağında bı̇r topa novruzgülü….
Xoş gəldin Bahar qız!!! Gəlişinlə təkcə torpağı yox, hamımızı sevı̇ndı̇rdı̇n!
Baharın gəlı̇şı̇ mübarək olsun!

Follow us on social

Facebook Twitter Youtube

Related Posts